“Qafqazinfo” xəbər verir ki, Ağayev Modern.az-a açıqlamasında bildirib ki, sənətçilərimiz təyyarənin gecikməsi kimi bir sıra texniki səbəblərə görə proqramda iştirak edə bilməyiblər: “Milli.az, Qafqazinfo kimi bir sıra saytlarda həmin gün belə bir məlumat gedib ki, guya bizim azərbaycanlı müğənnilər-Natavan Həbibi, Elnur Məmmədov və Səidə Sultan- Almaniyada türk kanalına getməkdən imtina ediblər. Amma əslində vəziyyət tamam fərqlidir. Aparıcılarımız Atv-dən Zaur Baxşəliyevlə Günay xanım idi. Görünür belə bir tədbirin keçirilməsi və bizim oradakı fəaliyyətlərimiz müəyyən insanlara maraqlı görsənir və yalan məlumatlar yayaraq bizim tədbirimizə kölgə salamaq məqsədi güdürlər. Biz türk kanalında görüş təşkil etmişdik. Həmin gün üçün erkən saata bilet tapa bilmədik. Onların daha erkən getmələri mümkün olmadı və buna görə də təyyarə də bir az gecikdi. Proqramı isə hər hansısa bir təyyarənin geçikməsinə görə gecikdirmək mümkün deyil.
Mətbuatda isə yalan məlumatlar verərək bildiriblər ki, guya həmin proqramda Bakıda keçiriləcək Avropa Olimpia oyunları ilə bağlı müzakirələr gedəcəkdi və müğənnilərimiz proqrama qatılmaqdan imtina ediblər.
Birincisi bildirim ki sənətçilərimiz siyasətçi və idman mütəxəsisi deyillər ki, Avropa Olimpiya oyunları ilə bağlı bir geniş açıqlama versinlər. Təbii ki, onlar çıxışları zamanı bu məsələləri də qeyd edəcəkdilər. Bu zəruri və vacibdir. Lakin həmin proqramın Avropa Olimpia oyunlarına həsr edilməsi məsələsi kökündən yalan xəbərdir. Proqramın keçirilməsində əsas məqsəd Novruz bayramı və Azərbaycan mədəniyyəti ilə bağlı xarici vətəndaşlara məlumatlar verməkdən ibarət idi. Onların proqramda iştirak etməsi bir sıra texniki problemlərə görə alınmasa da, müğənnilərimiz bizə bu cür fəaliyyətləri ilə çox böyük bir dəstək vermiş oldular. Keçirilən möhtəşəm konsert nəticəsində xarici vətəndaşlar Azərbaycan müsiqisi və mədəniyyətinin incəlikləri ilə tanış oldular”.
Son xəbərlər
Son Xəbərlər