"Mançester Yunayted 1/4 finalda- - Yenilənir

quotmancester-yunayted-14-finalda-
Oxunma sayı: 1688


“Qafqazinfo” xəbər verir ki, ən maraqlı qarşılaşmalardan biri “Old Traford” stadionunda “Mançester Yunayted”lə “Olimpiakos” arasında keçirilir. İlk oyunda “Olimpiakos” 2-0 hesablı qələbə əldə edib. Növbəti tura çıxmaq istəyən “Mançester” bu gün ən azından 3 cavabsız qol vurmalıdır. Əgər matç 2-0 “Mançester Yunayted”in xeyrinə başa çatsa, əlavə 30 dəqiqəlik vaxt oynanılacaq.

***

Van Persi 25-ci dəqiqədə hesabı açıb. Ümumi hesab hazırda 2-1 "Olimpiakos"un xeyrinədir.

***

45-ci dəqiqədə Robin Van Persi özünün və komandasının ikinci qolunu vurub. Ümumi hesab da artıq bərabərdir. 2-2

***

52-ci dəqiqədə Van Persi 3-cü qolu "Olimpiakos"un qapısından keçirib. Artıq əminliklə demək olar ki, matçda əlavə vaxt olmayacaq.

***

Görüş 3-0 hesabı ilə "Mançester"in qələbəsi ilə başa çatıb. Növbəti mərhələyə adlayan tərəf də məhz ingilis klubu olub.

İqbal