"Mançester Yunayted" israrla Vidalı istəyir

quotmancester-yunaytedquot-israrla-vidali-isteyir-
Oxunma sayı: 766


Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi çilili futbolçu üçün yenidən Turin klubuna müraciət edib.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qal yeni mövsümdən 27 yaşlı futbolçunu komandasında görmək istəyir. Bu məqsədlə "Mançester Yunayted" klubu qarşı tərəfə 54 milyon avro təklif edib. "Yuventus"un direktoru Pavel Nedved isə komandanın heç bir futbolçu ilə yollarını ayırmağı düşünmədiyini bildirib.

Qeyd edək ki, Vidal 2011-ci ildə "Bayer" (Leverkuzen) klubundan "Yuventus"a transfer olunub.