"Mançester Yunayted" türk əsilli futbolçuyla razılığa gəldi

quotmancester-yunaytedquot-turk-esilli-futbolcuyla-raziliga-geldi-
Oxunma sayı: 1187


"Qafqazinfo" xəbər verir ki, yarımmüdfiəçinin Dotmund təmsilçisiylə müqaviləsi 2016-cı ilin yayında başa çatır.

Yurgen Kloppun baş məşqçi postundan gedəcəyini görən futbolçu “Borussiya” klubuyla müqavilə müddətini  uzatmaqdan imtina edib. İlkay Gündoğana gələn təklifləri gözdən keçirən klub rəhbərliyi futbolçunu satmaq qərarına gəlib. “Mançester Yunayted”in futbolçunun keçidinə görə 21,5 milyon funt sterlinq təklifi dortmundlular tərəfindən müsbət qarşılanıb.