"Mətbuatda baxanda özümdən utanıram"

quotmetbuatda-baxanda-ozumden-utaniramquot
Oxunma sayı: 2474


Və spikerin bu təklifi deputatlar tərəfindən alqışlanıb.

Eyni zamanda spiker çıxışında ATƏT Minsk qrupunun və həmsədrlərin ünvanına sərt fikirlər səsləndirib. Spiker çıxışında ABŞ-dan olan həmsədr Ceyms Uorliki tənqid edib. 

“Onların işi gücü oturub tvitterdə tvitləşməkdir. Ermənilərlə müzakirə aparmaqdır. Bu gün ortada BMT-nin dörd qətnaməsi var. Yaxşı olardı ki, ATƏT-nin Minsk qrupunun həmin qətnamələrin icra olunması istiqamətində iş aparsınlar. Ermənistana ciddi təzyiqlər göstərsinlər”. 

Spiker çıxışında həmçinin millət vəkillərini diqqətli olmağa çağırıb: “Dünyada aləm bir-birinə qarışıb. Biz diqqətli olmalıyıq. Mətbuatda baxanda özümdən utanıram ki, niyə bizim millət belə yazılar yazır. Bir analatik, adamın ürəyini açan yazı yoxdur. Ancaq bir-birlərinə sataşırlar”.

Günel