"Muxtar belə olmaz" dedilər prezident oldu...- - Video+Yenilənir

quotmuxtar-bele-olmazquot-dediler-prezident-oldu-
Oxunma sayı: 4082


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərində , 56,97% səs faizi ilə liderlik edir. "

“Qafqazinfo” Anadolu Agentliyinə istinaədn xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki komitəsi məlumat verib.

Məlumata əsasən 35.55 % səs faizi ilə ikinci yerdə, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu, üçüncü yerdə isə, 8.37% səs fazii ilə, kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirtaş gəlir.

Qeyd edək ki, ümümilikdə ölkədə 45.54 % seçki qutusu açılıb.

***

İlkin nəticələrin son yenilənməsinə görə, 93585 qutudan çıxan səslər də Erdoğanın xeyrinədir. 

Belə ki, Rəcəb Tayyib Ərdoğan səslərin 55.47-i, Demirtaş 8.40, İhsanoğlu isə 36.12 faizini toplayıb.

***

Artıq Türkiyədə seçki qutularının 93,52 %-i açılıb. Nəticələrə görə, Rəcəp Tayyip Ərdoğan səslərin 52,29, Demirtaş 9,16, İhsanoğlu isə 38,53%-ini qazanıb. 

***

94 faiz seçki qutuları artıq açılıb. Nəticələrə görə, Ərdoğan 52.06 faiz səslə irəlidədir. 

***
Beləliklə artıq Türkiyədə seçki qutularının 98,3 %-i açılıb. Nəticələrə görə, Rəcəp Tayyip Ərdoğan səslərin 51,78, Demirtaş 9,76, İhsanoğlu isə 38,46%-ini qazanıb. 

Qafqazinfo xəbər verir ki, baş nazir prezident olmasıyla bağlı təbrikləri qəbul edir və bununla bağlı xalqın qarşısına çıxıb. Qələbə çıxışında o, qutuların 100 faizinin açılmasını gözlədiyini bildirib:

Qeyd edək ki, artıq 99.7% nəticələr açıqlanıb. Rəcəb Tayyib Ərdoğan qalibiyyətini sürdürür.