“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edir. 3 xalı əldə etmək hər iki komandaya hava və su kimi lazımdır. Görüşü Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadası idarə edir.
***
Oyunun 29-cu dəqiqəsində Bohadir Nəsimov “Neftçi”ni hesabda önə çıxarıb.
***
Görüşün 65-ci dəqiqəsində Bohadır həm özünün, həm də komandasının 2-ci qolunu vurub.
***
“Qəbələ” nin futbolçusu Ebesilyo 70-ci dəqiqədə hesabı 2-1 etdi.
***
25-ci tur çərçivəsində keçirilən “Qəbələ” “Neftçi” görüşü paytaxt təmsilçisinin 2-1 hesablı qələbəsi ilə bitib.
İqbal
Son xəbərlər
Son Xəbərlər