"Neftçi" rəsmiləri Prosineçki ilə görüşdü- - Foto

quotneftciquot-resmileri-prosinecki-ile-gorusdu-
Oxunma sayı: 806


Paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov, klubun idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyevin iştirak etdiyi görüşdə ətraflı fikir mübadiləsi aparılıb.

Maraq üçün bildirək ki, Prosineçki Malta ilə oyun üçün açıqladığı heyətdə "Neftçi"dən heç bir futbolçu yer almamışdı. Xorvatiyalı mütəxəssis yerli mətbuata açıqlamasında isə "Neftçi"dən heç bir futbolçunun yığmada oynamağa hazır olmadığını bildirmişdi. Bu hadisə isə Bakı təmsilçisinin narahatlığına səbəb olmuş və baş məşqçi Arif Əsədov, eləcə də bəzi klub rəsmiləri bu barədə açıqlamalar vermişdi.