"Ölümündən bir gün əvvəl zəng etmişdi"- - Video

quotolumunden-bir-gun-evvel-zeng-etmisdiquot-
Oxunma sayı: 4731


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, şəhidlərdən biri ailənin tək oğlan övladı olan şəhid Vüqar Poladov Tovuzda doğulduğu Öysüzlü kəndində dəfn edilib. Vüqarın iki aydan sonra hərbi xidməti başa çatacaqdı. Elə əsgəri xidmətinin bitməsinə hazırlaşan Vüqar dünən ailəsilə danışanda onlardan geyim almaq üçün pul da istəyib.

Şəhid Vüqarın anası Kifayət Poladovanın sözlərinə görə, Vüqar axşam zəng etmişdi, danışıb söhbət etdik: “Dedi ki, mənə pul göndər, gələndə paltar alacam. Sonra Vüqar dedi ki, burda atışmadı”.