"Onu sevməsəydim, Bakıya gəlməzdim"- - Amerikalı ulduz

quotonu-sevmeseydim-bakiya-gelmezdimquot-
Oxunma sayı: 1763


“Qafqazinfo” apasport.az-a istinadən xəbər verir ki, bunu “Lokomotiv”in voleybolçusu Karli Lloyd deyib. 

26 yaşlı ulduz Azərbaycana gəlişi və ölkəmiz haqda danışıb. Səbirli olmayan və daima bu zəif cəhətinin üzərində çalışdığını deyən Lloyd bildirib ki, əvvəl çıxış etdiyi klublarla müqayisədə “Lokomotiv”də daha rahatdır: “İndiyədək çıxış etdiyim komandalarla müqayisədə bura fərqlidi. “Lokomotiv”də klub prezidenti ilə çox vaxt keçiririk. O, bizə çox yaxındı. Əvvəllər mən bu qədər dəstək almırdım. Prezidentimiz cavandı, lakin oyuna çox ehtiraslı münasibət nümayiş etdirir və bizə kömək etməyə də çalışır. Bu əladı. Bakıda isə məni hər şey qane edir. Burada bu qədər fəvvarə və işıqlar görməyi heç gözləməzdim”.  

Amerikalı legioner “Lokomotiv”in ən yaxşısı olmaq arzusundadır: “Mən çox ehtiraslı bir insanam. Voleybolu sevməsəydim, Bakıya gəlməzdim. Çünki bura mənim evimdən və ailəmdən çox uzaqdı. Klubun ən yaxşı oyunçusu olmaq üçün mən əlimdən gələni edirəm. İnsanlarda isə səmimiyyəti çox yüksək qiymətləndirirəm”.