"Qarabağ" gecəsi

quotqarabagquot-gecesi-
Oxunma sayı: 1358


"Qafqazinfo"nun Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” 1 həftə əvvəl Bakıda qarşılaşdığı Avstriya təmsilçisi “Zalsburq”un qonağı olacaq.

Öz meydanında 2:1 hesablı qələbə qazanan Ağdam klubu səfərdə bu üstünlüyünü qorumağa çalışacaq. İlk oyunda qırmızı vərəqə alanlar – Admir Teli və Reynaldo olmadan meydana çıxacaq Qurban Qurbanovun yetirmələri qrip mərhələsinə vəsqiəni təmin etmək üçün uduzmamalıdır.

Qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olmağı bacarsa, “Qarabağ” ən pis halda Avropa Liqasının qrupunda oynayacaq. Mərhələni avstriyalılar keçsə, ağdamlılar Avropa Liqasının pley-offuna yollanacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

23:30. “Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Robert Madden (Şotlandiya)

Zalsburq (Avstriya). “Zalsburq” stadionu