"Qarabağ" Hafkanın klubundan futbolçu transfer etdi

quotqarabagquot-hafkanin-klubundan-futbolcu-transfer-etdi
Oxunma sayı: 1296


"Qafqazinfo" klubun saytına istinadən xәbәr verir ki, Ağdam təmsilçisi son mövsümü Fransanın 1-ci liqa təmsilçisi “Lans”da keçirən Alharbi El Jadeyaouinin keçidini həll edib. 29 yaşlı əlcəzair əsilli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında yaxşı oynamağı bacarır.

Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbinin karyerasının ən yaxşı mövsümü 2014/15 mövsümü olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb. Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisinə də çağrılıb.

***

29 yaşlı Əlcəzair əsilli futbolçu "Qarabağ"a uğur qazanmaq üçün gəldiyini bildirib: "Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub, meydana çıxmaqdır. Çempionlar Liqasında maksimum uğur qazanmaq xoş olardı. Bunun üçün əlimdən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm".