“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la cavab oyununa çıxacaq Ağdam təmsilçisi Bakı – Podqoritsa reysiylə hərəkət edəcək. "Qarabağ"ın Bakı vaxtıyla 23:00-da Monteneqroda olması ehtimal olunur.
Sabah komanda oyunöncəsi sonuncu məşqinə çıxacaq. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Rudar" - "Qarabağ" oyunu 22 İyul saat 23:45-də (Azərbaycan vaxtı) keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər