“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkil Qənirə Paşayeva bu gün Bakının Yasamal rayonunda yerləşən Zərifə Əliyeva adına Liseydə keçirilən “Qarabağ” adlı kompozisiyanın təqdimat törənində söyləyib. O, bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün hər bir kəs üzərinə düşən missiyanın fərqində olmalıdır. “Gənclərimizə o torpaqları müvəqqəti itirdiyimiz hissini aşılamalıyıq. Biz öz torpaqlarımızı əlbəttə azad edəcəyik! Qarabağ problemi bizim hər birimizin problemidir, bütövlükdə Türk Dünyasının problemidir. Belə bir söz var - “Bizi dərd birləşdirir”. – Doğrudur, dərd bizi birləşdirir – Xocalı Soyqırımı, “20 yanvar” faciəsi və s. ... lakin bizi artıq təkcə dərd yox, ideya(lar), böyük hədəf(lər) birləşdirməlidir!” Çıxışına davam edən Qənirə Paşayeva gəncləri sosial paylaşım şəbəkələrində fəal olmağa çağıraraq, internet istifadəçisi olan yüz minlərlə insanımızın məhz ideyalı, böyük hədəflər uğrunda çalışan inamlı insanlar olmasını təmənna etdiyini bildirdi. O, konkret olaraq, bugünkü tədbirə töhfə olaraq, “Qarabağ” klipini internetdə paylaşmağa çağırdı.”
Millət vəkili Flora Qasımova diqqəti Xankəndinin, Şuşanın, ümumən Dağlıq Qarabağın dünəninə yönəldərək, xatirələrini danışdı, gənc nəslə ünvanlanmış tövsiyyələrini səsləndirdi və Qarabağın bütövlükdə azad olunacağı günə inamla və idrakla yanaşmağı hər birimizin həyat amalı olaraq dəyərləndirdi.
AZƏRİNin Xalq şairi Xəlil Rza Ulutürkün “...Eşqi tükənməyən Azərbaycanam!..” sözləri ilə süslənmiş şeirini oxuması, Qarabağ ağrımız, Azərbaycan həqiqətlərinin dünyaya daha geniş çatdırılması istiqamətində hər bir insanın üzərinə düşən vəzifələr, sənət adamlarının bu istiqamətdə missiyası ilə bağlı fikirləri, həyəcanlı çağırışları mərasimdə zaman-zaman duyğulu anlar yaşatdı... Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda “harada doğulub, harada yaşamasından asılı olmayaraq Qarabağ bütün Türklərin əsas məsələsi olmalıdır. İnşallah gələn tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə keçirək”- deyib.
Tədbirdə əsərin musiqisinin müəllifi Zümrüd Tağıyeva, klipin rejissoru Namiq Ağayev çıxış edərək öz təəssüratlarını, bu cür layihələrin bugünki və gənc nəsillər üçün önəmi barədə çıxış ediblər. Tədbirin sonunda klip təkrar nümayiş etdirilib və alqışlarla qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər