"Qafqazinfo"nun Sportnet.az saytına istinadən məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
O bildirib ki, kapitan Rəşad Sadıqov və zədəli Maksim Medvedev bugünkü qarşılaşmada da meydana çıxmayacaq: "Medvedev gələn həftədən tam komandaya qoşulacaq. Sadıqovun isə vəziyyəti normaldır. Komandanın çoxlu məşqlərini buraxıb. Həm fərdi, həm də komanda ilə məşqləri davam etdirir. Qərara almışıq ki, qarşıdakı matçda da Rəşad oynamasın".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valletta" matçı saat 21:30-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər