"Qəbələ" 2 futbolçusunu transferə çıxardı

quotqebelequot-2-futbolcusunu-transfere-cixardi
Oxunma sayı: 831


“Qafqazinfo” xəbər verir ki, oyun başa çatdıqdan sonra “Qəbələ”nin və eyni zamanda, U-16 milli komandamızın futbolçuları – Aqşin Hüseynov və Murad Qayalı hakimlər briqadasının 2 üzvünə fiziki təsir göstəriblər. 

Klubun rəsmi saytında yazılan məlumata görə, hadisənin ardından məsələ ilə bağlı klub və akademiya rəhbərliyinin iştirakı ilə toplantı keçirilib. Qərara əsasən, sözügedən futbolçular transferə çıxarılıblar.

Klubun rəsmi bəyanatında belə deyilir: “İdmanda bu cür hadisələrin əleyhinəyik və daim “Fair play” qaydalarına əməl olunmasını dəstəkləyirik. “Qəbələ” İdman Klubunun məqsədi ölkəmizə layiqli idmançılarla yanaşı, sağlam düşüncəli, intizamlı, tamaşaçıya, hakimlərə, rəqibə və komanda yoldaşlarına hörmət bəsləyən fərdlər yetişdirməkdi. Məhz buna görə də, oyunu idarə edən hakimlər briqadasının üzvlərinə fiziki təsir göstərmiş idmançıların klubumuzda saxlanılmaları klub fəlsəfəsinə tamamilə ziddi. Biz bu hadisəni pisləyir və bildiririk ki, belə xoşagəlməz halların təkrarlanmaması üçün bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirəcəyik.

“Qəbələ” İdman Klubu hakimlər briqadasının üzvləri – Bəxtiyar Gözəlov, Rövşən Məmmədov, Elşad Abdullayev və Cahangir Yusifzadədən, həmçinin, bütün futbol ictimaiyyətindən üzr istəyir!”