"Qəbələ"dən 10-cu transfer

quotqebelequotden-10-cu-transfer
Oxunma sayı: 1089


“Qafqazinfo” xəbər verir ki, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan “qırmızı-qaralar” 10-cu transferini reallaşdırıb. 

Əyalət təmsilçisi rumıniyalı futbolçu George Floresku ilə dünən axşam saatlarında 1,5 illik müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın "Astra" klubu olub. 

George Floresku ölkəsinin U-21 və əsas milli komandalarının formasını geyinib.