"Qol imkanlarımız olsa da, yararlana bilmədik"- - "Panatinaikos"un futbolçusu

quotqol-imkanlarimiz-olsa-da-yararlana-bilmedikquot-
Oxunma sayı: 821


"Qafqazinfo" qol.az-a istinadən xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında "Panatinaikos"un futbolçusu Anastasios Laqos Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra deyib.

Yunanıstanlı futbolçu komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inandığını bildirib: "Komandama güvənirəm və əminəm ki, cavab matçında gücümüzü meydanda göstərəcəyik. Ola bilər ki, komanda hazırda yaxşı vəziyyətdə deyil. Çempionlar Liqasında "Brügge"yə məğlubiyyətdən sonra psixoloji olaraq sarsıldıq. Bu, "Qəbələ" ilə oyuna da sirayət etdi. Ancaq qarşımıza hədəf qoymuşuqsa, ona çatmaq üçün sonadək mübarizə aparmalıyıq. Komandamın qrup mərhələsinə vəsiqə qazanacağına inanıram".

Qeyd edək ki, "Qəbələ" və "Panatinaikos" arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək.

“Qafqazinfo”