"Qafqazinfo" xəbər verir ki, "Santiyaqo Bernabeo" stadionunda "Real"Madrid "Bavariya"nı qəbul edir. Kriştiyano Ronaldo zədəsini yenicə sağaldaraq komandasının start heyətində yer alıb. Qaret Beyl bu matçı xəstə olduğu üçün buraxmaq məcburiyyətində qalıb. Onun əvəzində İsko ilk onbirlikdə yer alıb. Pep Qvardiola yenidən İspaniyaya qayıdaraq "Real" a qarşı mübarizə aparır. "Barselona"nın baş məşqçisi olan zamanlarda o, bu işin öhdəsindən uğurla gəlirdi. Görüşü ingilis hakim Hovard Ueb idarə edir.
***
19-cu dəqiqədə Kərim Benzema "Real"ı hesabda önə çıxardı. 1-0. Artıq oyun daha da qızışacaq.
***
İlk 45 dəqiqədən sonra kral klubu minimal üstünlüyünü qoruyur.
***
Benzemanın vurduğu qol oyunda yegane olub və matç 1-0 hesabı ilə "Real"ın xeyrinə başa çatıb. Bu mərhələnin taleyi Münhendə müəyyənləşəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər