“Qafqazinfo” xəbər verir ki, bir neçə dəqiqədən sonra yarımfinalda kimlərin bir-birinə rəqib olacağı aydınlaşacaq. Yarımfinal mərhələsində “Real”Madrid, “Çelsi”, “Bavariya” və “Atletiko”Madrid klubları iştirak edəcəklər
***
Çempionlar Liqasının ilk yarımfinal cütlüyü "Real"Madridlə- "Bavariya" oldu.
***
"Çelsi" yarımfinalda "Atletiko"Madridi qəbul edəcək.
***
Çempionlar Liqasında ilk yarımfinal qarşılaşması aprelin 22-də, ikinci cütlüyün görüşü isə aprelin 23-də keçiriləcək. Cavab oyunları isə aprelin 27-si və 30-na təsadüf edir.
"Real Madrid -"Bavariya" görüşünün qalibi fnal qarşılaşmasında nominal ev sahibi olacaq.
Eyni zamanda Avro Liqanın yarımfinal cütlükləri də müəyyənləşəcək. Dünən keçirilən 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra "Sevilya, "Yuventus", "Valensiya" və "Benfika" növbəti mərhələyə çıxıblar.
***
Avro Liqanın ilk yarımfinal cütlüyü artıq bəlli oldu. Belə ki, "Sevilya" yarımfinalda "Valensiya"nı qəbul edəcək.
***
"Benfika" isə "Yuventus"la yarımfinal mərhələsndə münasibətlərinə aydınlıq gətirəcək.
***
"Sevilya"- "Valensiya" cütünün qalibi finalda nominal ev sahibi kimi çıxış edəcək. Yarımfinal matçının ilk oyunları aprelin 24-də cavab qarşılaşmaları isə mayın 1-də keçiriləcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər