"Real"Madrid yarımfinalda- - Yenilənib+Video

quotrealquotmadrid-yarimfinalda-
Oxunma sayı: 2546


"Qafqazinfo" xəbər verir ki, "Borusiya Dortmund" "Real"Madridi qəbul edir. Bu cütlüyün ilk görüşü "Real"ın 3-0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda isə cavab qarşılaşması keçirilir. "Borusiya" növbəti tura çıxmaq üçün ən azından 3 cavabsız qol vurmalıdır.

***

24-cu dəqiqədə Marko Roys "Borusiya"nı hesabda önə çıxarıb. Ümumi hesab hazırda 3-1 "Real"Madridin xeyrinədir.

***

37-ci dəqiqədə Marko Roys hesabı 2-0  edib. Artıq alman klubunun ümumi hesabı bərabərləçdirmək üçün bir qola ehtiyacı var.

***

"Real"ı öz qapısı ağzına sıxışdıran "Borusiya" yalnız Kasilyas səddini keçə bilmir. Dünya və Avropa çempionunun inanılmaz "save"ləri kral klubunu biabırçı hesabdan xilas edir.

***

Matç başa çatdı. "Real" 2-0 hesabı ilə uduzsa da, səfərdə vurulan 3 qol Madrid təmsilçisini yarımfinala yüksəltdi.

Iqbal