"Sənə qurban olum, oxuma"- - Teymur Əmrah

quotsene-qurban-olum-oxumaquot-
Oxunma sayı: 2835


“Elzanın konsertinə fəxri qonaq kimi getmişdim, mənə də söz verdilər. Dedim ki, Elza, sənə qurban olum, oxuma. Tofiq Quliyev yazırdı, oxumaq üçün Şövqət Ələkbərovaya, Rəşid Behbudova verirdi. Öz mahnılarını ifa etməklə Elza tarixdə qalmayacaq. O peşəkar bəstəkardır, mükəmməl təhsil alıb. Ehtiyat edirəm, peşəkar müəllim kimi narahat oluram ki, avanqard mahnılarla Elza tarixdə qalmaz. Elza oxumasın, bəstələsin. Mahnıları versin başqası oxusun. Elzanın bəstəsi olan “Əl çəksin kədər” mahnısını Gülay Zeynallı çox qəşəng oxuyub. Elza heç vaxt mənim sözlərimdən incimir”. 

Könül