“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, bayrağımızın tərsinə qoyulması hörmətsizlik və bayrağa qarşı təhqir hesab edilir. Bu cür hallar müxtəlif verilişlərdə, filmlərdə, tədbirlərdə dəfələrlə təkrarlanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.
Son xəbərlər
Son Xəbərlər