"Sevilya" yarımfinalda - Yenilənib

quotsevilyaquot-yarimfinalda
Oxunma sayı: 1611


"Qafqazinfo" xəbər verir ki, "Sevilya"nın yarımfinala adlaması üçün mütləq qələbə lazımdır. Özü də ən azından iki qolluq fərqlə. Çünki Portuqaliyada keçirilən ilk matç 1-0 hesabı ilə "Portu"nun xeyrinə başa çatıb. 

***

5-ci dəqiqədə İvan Rakitiç penaltidən bu görüşdə hesabı açıb. Artıq ümumi hesab bərabərdir 1-1

***

Vitolo 26-ci dəqiqədə "Sevilya"nın ikinci qolunu vurdu. "Sevilya" üstünlüyü öz əlinə aldı

***

 Karlos Bakka "Sevilya"nı bəlkə də yarımfinala çıxaracaq qolu "Portu"nun qapısında keçirdi.3-0

***

Kevin Qameyro 79-cu dəqiqədə demək olar ki, məsələni həll edib. "Sevilya 4-0 "Portu"

***

90-ci dəqiqədə Rikardo Kuarejma "Portu"nun təsəlli qolunu vurdu.

***

Beləliklə, matç başa çatdı "Sevilya ümumi hesabda 4-2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə adlayıb.