“Sinemlə evlənmək istəyirik. Planlanmış bir vəziyyət yoxdur. Bəlkə oktyabrda evlənərik, bəlkə sabah. Hər an, hər şey ola bilər. Ayşe Barımın ofisində tanış olduq. Çox təbii, çox gözəl gülürdü və səmimiydi. Onsuz da elə qadınları xoşlayıram. Amerikaya getdim, oradan əlaqə saxlayırdıq. Qayıdanda sevgili olduq. Sinemə aşiqəm. O mənə uyğundur. Amerikanı da saysaq, 8-9 aydır birlikdəyik. Bizi maneə törədən, gizlətdiyimiz bir münasibət yoxdur”.
Çelikkol Kobalın keçmiş sevgililəri ilə maraqlanmadığını, lakin qısqanc olduğunu bildirib:
“Hər kəsin keçmişdə yaşadığı şeylərə hörmət etmək lazımdır. Sinem də hörmət ediləcək bir insandır. Qısqancam. Anamı da, yoldaşlarımı da, sevgilimi də qısqanıram. Qısqanclıq insanın təbiətində var. Hər hansı biriylə problem olsa, adamın rəftarı xoşuma getməzsə, Sinemə söyləyərəm, icazə vermərəm. “O insanla görüşməni istəmirəm. Çünki mənim gördüyüm amma sənin görə bilmədiyin bəzi şeylər var. Amma mənim görə bilmədiyim şeylərlə əlaqədar da sən məni xəbərdar et” deyərəm. Onsuz da münasibət belə bir şeydir. Seni bir anda iki insan edir, dörd gözün olmağa başlayır, sevgilini də düşünürsən”.
Könül
Son xəbərlər
Son Xəbərlər