"Qafqazinfo"ya müraciət edən şikayətçi bildirib ki, qonşusu Mübariz Məmmədov torpağının 6 sotunu istismar edir: "Məsələ ilə bağlı Daşkəsəın Rayon Məhkəməsinə müraciət etmişdim. Nəticədə məhkəmədən öz xeyrimə qətnamə aldım. Çünki mənim torpağım əvvvəlcədən ailə üzvlərimin adına olub. İşin qarşılığında məhkəməs icraçısı Müseyib Əliyevə 50, sahə vəkili Asif Verdiyevə 40 AZN pul verdim.
Amma 5 ildir ki, məhkəmənin qətnaməsini icra etmirlər. Qonşum onlara 500 manat rüşvət və 100 kq kartof verib. Hazırda öz torpağımını tələb etdiyim üçün məni təhqir edirlər. Aidiyyatı qurumlar isə məsələyə ciddi yanaşmır, şikayətlərimi cavabsız qoyur. Rayon icra hakimi isə məni qəbul etmir.
78 yaşım var. Torpağımı almamış ölmək niyyətim yoxdur. Bu özbaşınalığın qarşısı alınmalıdır. Ata-baba torpağımı rüşvətxor məmurlar üçün qorumamışam.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadan xahiş edirəm ki, rayondakı bu özbaşınalığa bir çarə etsinlər.
Bu vəziyyətdə olan tək mən deyiləm. Rayon məmurları xalqı sıxmaqla məşğuldur".
Son xəbərlər
Son Xəbərlər