"Türkiyə oyun alveri ilə mübarizəyə yardım istəsə, hazırıq" – - FİFA prezidenti

quotturkiye-oyun-alveri-ile-mubarizeye-yardim-istese-haziriqquot-
Oxunma sayı: 699


“Qafqazinfo” xəbər verir ki, Türkiyə futbolundan danışan ali futbol qurumunun rəhbəri bu ölkədə inkişafın olduğunu bildirib.

“Bir neçə gün öncə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənlə görüşdüm. Orada futbolla bağlı bir sıra məsələləri müzakirə etdik. Klublarla bağlı oyun alveri problemi UEFA-nın səlahiyyətindədir. Amma Türkiyə bizdən bu məsələdə onlara kömək etməyimizi istəsə, hazırıq. Düşünürəm ki, bu ölkənin milli komandası inkişaf edir. Onlar 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının və 2018-ci ildə Rusiyada baş tutacaq dünya çempionatının final mərhələsində iştirak edə bilərlər. Fikrimcə, türklər 2002-ci ildəki nəticəni təkrar edə bilərlər. Onlar həmin il dünya üçücüsü olmuşdular. Bunun üçün hazırda komandada potensial var”.