"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açaraq müsabiqənin əhəmiyyəti barədə danışıb.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması sahəsində Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət strukturları tərəfindən görülən işlər barədə məlumat verib.
Rəsm müsabiqəsi çərçivəsində asfalt üzərində rəsmlər də maraqla qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər