"Vorzakon"un həbsxana keyfini əks etdirən kadrlar - - Video

quotvorzakonquotun-hebsxana-keyfini-eks-etdiren-kadrlar-
Oxunma sayı: 7586


2005-ci ildə həbs edilən Tengiz Potinski kriminal aləmdə bədənindəki çoxsaylı döymələrə görə “döyməli Tengiz” də adlandırılır.

Kadrlardan da göründüyü kimi “qanuni oğru” ciddi rejimli həbsxanada təkadamlıq kamerada saxlanılmalı olsa da, o, hansısa həbsxanada hər cür şəraiti olan xüsusi nömrədə saxlanılır. Onun otağı televizor, kompyuter, mobil telefon ilə təchiz edilib. Naməlum gənclər onun qulluğunda dayanır, bütün istəklərini yerinə yetirirlər.

Çəkiliş zamanı polis əməkdaşlarının “qanuni oğru” ilə kifayət qədər ehtiyatlı davrandığı, ikincinin isə onlara qarşı hətta söyüşdən istifadə etdiyi məlum olur. Məhkumlar hətta çəkiliş aparan şəxsə hücum edirlər.

Hələlik kadrların məhz hansı cəzaçəkmə məntəqəsində çəkildiyi barədə məlumat verilmir. Bununla yanaşı həbsxanadakı “qanuni oğru”ların komfort şəraitdə yaşadığı bildirilir.


/AzNews.az/