“Qafqazinfo” xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında müxtəlif fiziki təmrinləri və çalışmaları yerinə yetirən futbolçular axşam məşqində baş məşqçi Yunis Hüseynovun taktiki tapşırıqlarını yerinə yetirirlər.
Bu gün də daxil olmaqla qarşıdakı 3 gündə "ağ-yaşıllar"ın düşərgəsinə dörd yeni futbolçunun gəlməsi gözlənilir. Qapıçı mövqeyi də daxil olmaqla yarımmüdafiəçi və hücumçu mövqeyini gücləndirmək üçün dəvət olunan futbolçular haqqında son qərarı baş məşqçi Yunis Hüseynov verəcək.
Bu arada “Xəzər Lənkəran”ın toplanış müddətində ilk sınaqçı rəqibi artıq bəllidir. Cənub təmsilçisi iyulun 8-də Türkiyənin “Kayserispor” klubunun A2 komandası ilə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər