"Xəzər Lənkəran"in bəyənmədiyi futbolçu "Napoli"yə gedir

quotxezer-lenkeranquotin-beyenmediyi-futbolcu-quotnapoliquotye-gedir
Oxunma sayı: 1252


“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, Neapol təmsilçisinin baş məşqçisi Rafael Benites həmyerlisinin köməyinə ehtiyac duyub.

 Buna səbəb isə Pepe Reynanın əvəzləyicisi olan braziliyalı Rafael Kabralın “Suonsi” ilə qolsuz başa çatan Avroliqa matçında xaçvarı bağının qopmasıdır. Artıq o zədələnərək vətəninə qayıdıb. Ona görə də Benites hazırda agent olan, “Betis” və “Saraqosa”dakı çıxışlarından tanıdığı Doblası “Napoli”yə gətirməyə çalışır. İtaliyalı qapıçı Roberto Kolombo isə Doblas gəldikdən sonra da III qolkiper statusunda qalacaq.

 Bu haqda məlumatı isə “Sky”ın əməkdaşı Canluka Di Martsio öz rəsmi bloqunda yayıb. Onun sözlərinə görə, artıq “Napoli” futbolçunun transfer vərəqi üçün federasiyaya müraciət edib və klubun bu seçimi düzgündür.

 Qeyd edək ki, Toni Doblas “Xəzər Lənkəran”a Con Toşak tərəfindən ötən ilin yanvarında transfer olunub. Klubla 1,5 illik müqavilə bağlasa da, Avroliqada Hayfa “Makkabi”sinə 0:8 hesablı yenilgidə günahkar bilinərək komandadan qovulmuşdu.