Quql 12 min işçisini ixtisar edəcək

quql-12-min-iscisini-ixtisar-edecek
Oxunma sayı: 2138

Texnologiya nəhəngi Quqlun ən üstün şirkəti “Alphabet” qlobal işçi qüvvəsinin 6 faizindən çoxunu təşkil edən 12 000 işçini ixtisar edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sundar Piçai açıqlama verib.

İşçilərə ünvanladığı açıqlamada Piçai “onu bu qərarı verməyə məcbur edən şəraitə görə məsuliyyət daşıdığını” bildirib.

Qeyd edək ki, bir insan resursları firmasının məlumatına görə, ABŞ texnologiya şirkətləri 2022-ci ildə 97 171 iş yerini ixtisar edib. Bu rəqəm əvvəlki illə müqayisədə 649 faiz artım deməkdir.