Quqla məxsus 500 milyon rublluq aktivlər müsadirə olunacaq

quqla-mexsus-500-milyon-rublluq-aktivler-musadire-olunacaq
Oxunma sayı: 1678

Moskva Arbitraj Məhkəməsi Rusiyanın aparıcı televiziya şirkətlərindən biri olan "Qazprom Media"nın Yutuba qarşı qaldırdığı iddia ilə bağlı qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, Rusiya televiziya şirkətinə qoyulan məhdudiyyətlərə görə Quqla məxsus Rusiyadakı 500 milyon rubl dəyərində aktivlər müsadirə ediləcək.

Qeyd edək ki, Yutub Ukrayna müharibəsi səbəbindən bir çox Rusiya media şirkətinə məxsus kanallara girişi qadağan etmişdi.