Məşhur müğənni Ququş Gürcüstana gedir.
“Qafqazinfo” xəbər verir ki, əslən Cənubi Azərbaycandan olan sənətçi Tbilisidə sevənləriylə görüşəcək.
Konsert sentyabrın 2-ddə baş tutacaq, Tbilisi İdman Sarayında reallaşacaq. Həmçinin, artıq konsertin afişalar şəhər küçələrində yer alıb.
Xatırladaq ki, Ququş 2000-ci ildə Şimali Amerikaya köçüb, sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun "Qərib-e aşena" ("Tanış olan özgə") mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb.


Son xəbərlər
Son Xəbərlər