“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, paytaxt Kabulda “Quran”ı yandıran qadını öldürən şəxslərin cəzası məlum olub.
Kabil Məhkəməsinin hakimi Safiullah Mücadedi 27 yaşlı Farhundanın öldürülməsi səbəbindən tutulan 30-u vətəndaş,19-u polis olmaqla 49 nəfərdən 4-ü edama məhkum edildiyini bildirib.
Şübhəlilər sırasında 8 nəfərə 16 il həbs verilib, 18 vətəndaş isə dəlil olmadığı üçün sərbəst buraxıldığı qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər