“Qurban Məmmədov belə hörmətsiz adamdır ki...”

qurban-memmedov-bele-hormetsiz-adamdir-ki
Oxunma sayı: 1621


"Qafqazinfo" xəbər verir ki, Arif Hacılı bu barədə facebook hesabında yazıb: 

“İndi həbsdə olan dostumuz Qurban Məmmədov 20 saylı Nərimanov seçki dairəsində 2005- ci il parlament seçkiləri haqda yazır ki, “məndən və ailəmdən başqa (biz təbii ki, İsa bəyə səs verdik), həyətimizdəki 74 ailənin 60-65-i Adil Əliyevə səs verdi. Qalanları da Aslan İsmayılova. Belə nəticənin səbəbini də bir neçə gəncin həmin həyətə gələrək seçiciləri polis bölməsinin rəisinə səs verməyə çağırmaları, buklet paylamaları ilə izah edir.

Əvvəla, görəsən Qurban bəy gizli seçkilərin nəticələrini bu qədər dəqiqliklə haradan bilir? İkincisi, Qurban bəy doğrudanmı belə hörmətsiz adamdır ki, onun yaşadığı həyətin seçiciləri onun müdafiə etdiyi, iki il əvvəl Azərbaycan Prezidenti seçilmiş namizədə deyil, bir-iki gəncin bir neçə dəfə bu həyətə gəlməsi ilə polis bölməsi rəisinə səs versin?! 

Hörmətli hüquqşünas Müsavat partiyasına, onun başqanına qarşı təbliğat kampaniyasına o qədər aludə olub ki, o zaman üzvü olduğu "Azadlıq" blokunun 2005-ci il parlament seçkilərinin azad və ədalətli olmaması barədə qərarını, xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin konkret olaraq 20 Saylı Nərimanov seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılması barədə hökmünü nəzərə almadan Adil Əliyevi xalq tərəfindən seçilmiş həqiqi millət vəkili adlandırır".