Qurban Qurbanov 5 pillə irəlilədi

qurban-qurbanov-5-pille-ireliledi
Oxunma sayı: 2807

Dünyanın ən yaxşı 500 baş məşqçinin reytinq siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. 51 yaşlı mütəxəssisin hesabında 1595 xal var.

Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.