Qurban Qurbanov 6 pillə irəlilədi

qurban-qurbanov-6-pille-ireliledi
Oxunma sayı: 1123

“World Coach Ranking” dünyanın ən yaxşı baş məşqçilərinin növbəti reytinqini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən ayla müqayisədə 6 pillə irəliləyib. Təcrübəli mütəxəssis 475-ci yerdən 469-a yüksəlib. Onun hesabında 1238 xal var.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da mövqeyini dəyişib. Aktivində 937 xal olan ukraynalı mütəxəssis 578-ci pillədə qərarlaşıb.