Qurban Qurbanov dünya reytinqində neçəncidir?

qurban-qurbanov-dunya-reytinqinde-necencidir
Oxunma sayı: 7200

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycandan yalnız Qurban Qurbanov yer alıb.

“Qarabağ”ın baş məşqçisi 500 mütəxəssisin yer aldığı siyahıda 1673 xalla 133-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2240 xalla “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir.