Qurban Qurbanov ehtiyatlı danışdı - “Hücuma tez çıxırlar”

qurban-qurbanov-ehtiyatli-danisdi
Oxunma sayı: 1998

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Qazaxıstanla sabah keçiriləcək yoldaşlıq görüşü barədə Qazaxıstan mətbuatına müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Bu toplanışa yeni futbolçular dəvət etmisiniz. Sabahkı oyunda debütantlardan hansınısa meydanda görmək mümkün olacaq?

- Bəli, mümkündü. Heyəti dəyişəcəyik. Hətta oyunun gedişində müəyyən dəyişikliklər edəcəyik. Milliyə çağırılan bütün futbolçular şans qazanacaqlar.

- Sizin üçün əsas motivasiya nə olacaq?

- Qazaxıstan millisinin oyuna çox ciddi motivasiyası var. Amma biz də irəliləmək istəyirik. Bu görüşlər Millətlər Liqası öncəsi son sınaqlardı. Biz də bu turnirədək optimal formada olmaq istəyirik.

- Qazaxıstan millisinin oyununda hansı üstün və zəif cəhətləri qeyd edə bilərsiniz?

- Rəqibimizin Bolqarıstan və Macarıstana qarşı son iki oyununu izləmişəm. Deyə bilərəm ki, Qazaxıstan millisi intizamlı oynayır, müdafiədən hücuma tez çıxır. Bu cür komanda ilə oynamaq asan olmayacaq.

- Qazaxıstanın heyətində ən təhlükəli futbolçu kimi hesab edirsiniz?

- Fərdi qaydada kimisə fərqləndirmək istəmirəm. Futbolçularım Qazaxıstanın üstün tərəfləri barədə bütün məlumatlara sahibdirlər.

- Sabah komandanız meydana yoldaşlıq oyunu olduğunu düşünərək çıxacaq?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı matç da istisna olmayacaq. Aydındı ki, çoxları Qazaxıstana qarşı ilk dəfə oynamayacaqlar. Bu isə bizim rəqibi tanımağımızdan xəbər verir.

Bizi maraqlı oyun gözləyir. Rəqib güclüdü. Qazaxıstanın klub səviyyəsində bir çox nailiyyətlər qazanan yeni baş məşqçisi var. İstərdim ki, sabah komandam baxımlı oyun göstərsin və yaxşı nəticə qazansın.