Qurban Qurbanov futbolçulardan narazı qalıb

qurban-qurbanov-futbolculardan-narazi-qalib
Oxunma sayı: 641

Qol.Az-ın məlumatına görə, bu sözləri “Sumqayıt-Şəhər”lə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qol vəziyyətlərinin boşa verilməsindən gileylənən gənc mütəxəssis bəzi futbolçulardan narazı qaldığını bildirib:

“Çoxsaylı qol imkanlarımız olsa da, bunlardan istifadə edə bilmədik. Qol vurmadıqca, futbolçularımda psixoloji gərginlik artırdı. Bəzi futbolçulardan narazı qaldım. Millinin oyunlarından sonra belə oyuna hazırlaşmaq çətin olur”.

Sumqayıta qələbə üçün gəldiklərini söyləyən Qurbanov qapalı oynayan komandaya qarşı mübarizə aparmağın çətinliyini qeyd edib:

“Qalib gəlmək istəyirdik. Rəqibizə yuxarıdan aşağı baxmırdıq, meydana arxayın çıxmamışdıq. 90 dəqiqə qapalı futbol oynayan komandaya qarşı mübarizə aparmaq çətindir. Gələcək oyunlarda “Sumqayıt Şəhər”ə uğurlar arzulayıram. Bu oyun artıq arxada qaldı. “Xəzər Lənkəran”la oyuna hazırlaşacağıq”.