Qurban Qurbanov hazırda Dortmund “Borussiya”sının düşərgəsində

qurban-qurbanov-hazirda-dortmund-borussiyasinin-dusergesinde
Oxunma sayı: 652

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hazırda Dortmund “Borussiya”sının düşərgəsindədir. Fərqli millilərə gedən futbolçuların yoxluğunda əsas komandada sadəcə 7 futbolçu qalıb. Üstəlik, zədəli Zaur Həşimov və Emin İmaməliyev də hələ ki, kollektiv çalışmalara başlamayıb. Adıçəkilənlərin yaxın bir neçə gündə məşqlərə başlayacağı gözlənilir.

Əvəzində Vüqar Nadirov məşqlərdə iştirak edir. Avqustun əvvəlində sıradan çıxan 23 yaşlı forvardın növbəti turda baş tutacaq oyuna qədər hazır olacağı gözlənilir. “Qarabağ”da yetərli sayda futbolçunun olmaması səbəbindən əvəzedici heyətdən də əsas komandanın məşqlərinə futbolçular cəlb olunub.