“Qurban Qurbanov işinə təsadüfi yanaşmaz”

qurban-qurbanov-isine-tesadufi-yanasmaz
Oxunma sayı: 1754

“Qarabağ”ın məşqçiləri - Elçin Rəhmanovla Borçe Xristov Avropa Liqasında üz-üzə gələcəkləri APOEL-in çempionat oyununu izləmişdi. 

“Qafqazinfo” xəbər verir ki, “Kerkida” nəşri “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun APOEL-lə matça ciddi yanaşdığı üçün köməkçilərini Kiprdəki oyuna yolladığını qeyd edib:
 
““Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov işinə təsadüfi yanaşmaz. Elçin Rəhmanovla Xristov meydanda gördüklərini ona çatdıracaq. Əlbəttə, onlar 2,5 ay əvvəlki komanda ilə indiki arasındakı fərqi görüb, təəccübləniblər. Onlar cansız, zəif, əsəbverici oyun nümayiş etdirən APOEL-ə tamaşa etdilər”.
 
Nikosiyadakı GSP stadionunda keçirilmiş matçda APOEL "Doxa"ya 2:0 hesabı ilə qalib gəlib. 
 
“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.