Qurban Qurbanov Kevin Medinanı niyə oynatmır?

qurban-qurbanov-kevin-medinani-niye-oynatmir
Oxunma sayı: 2018

“Qarabağ”ın təcrübəli müdafiəçisi Kevin Medinanın son oyunlarda gec-gec meydana çıxması müzakirələrə səbəb olur.

“Qafqazinfo” xəbər verir ki, kolumbiyalı futbolçunun niyə çempionat oyunlarında oynamaması hər kəsdə sual doğurur. 

Qurban Qurbanovun ona şans verməməsi tənqid edilir. 

Ağdam klubunun çalışdırıcısının Kevin Medinanı oynatmamasının səbəbi isə fərqlidir. Belə ki, UEFA Avropa Liqasının son turunda “Frayburq”la matçda qırmızı vərəqə alan müdafiəçi növbəti avrokubok matçını buraxacaq. 

O, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə matçı buraxacaq. Bu səbəbdən də Qurban Qurbanov belçikalılarla oyun üçün daha çox Bədavi Hüseynov və Bəhlul Mustafazadə cütünü hazırlayır.