Qurban Qurbanov komandasından razı qaldı

qurban-qurbanov-komandasindan-razi-qaldi
Oxunma sayı: 1629


“Qafqazinfo”nun  Apasport.az saytına istinadən məlumatına görə, baş məşqçi qarlı havadan belə narazılıq etməyib: “Təbiətdə pis hava olmur, maraqlı oyun oldu, meydanda mübarizə gedirdi. Bizdə qələbə istəyi daha çox idi, vacib qələbə qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm, sona kimi bizi dəstəklədilər, biz də onları sevindirdik. Bizim çempionatda məğlub olduğumuz, heç-heçə etdiyimiz oyunlar da olub. Bəzən sonuncu pillələrdəki komandalara qarşı xal itkiləri ilə üzləşə bilərik. Hər bir rəqib bizdən xal ala bilər. Futboldur, sürprizlər ola bilər. Hər qələbədən sonra rəqiblər bizə qarşı daha ciddi oynayır. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

Qeyd edək ki, bu gün “Qarabağ” “Qəbələ”ilə qarşılaşıb və 3-0 hesablı qalibiyyət əldə edib