Qurban Qurbanov, məğlubiyyəti bacarmaq lazımdır

qurban-qurbanov-meglubiyyeti-bacarmaq-lazimdir
Oxunma sayı: 938

“Qarabağ” – “Qəbələ” matçından sonra məşqçilərin və futbolçuların açıqlamaları da diqqət çəkirdi. Xüsusən, meydan sahibi tərəflərinin. İstər Qurban Qurbanov, istərsə də, Riçard Almeydanın “məğlubiyyəti bacarmaq lazımdır” deməsi oyunda baş verənlərlə ziddiyət təşkil edir.

Sözdə dediyinə əməl etməyən Qurban Qurbanov özü məğlubiyyəti bacarmdı. Bir neçə il öncə “İnter”lə oyunda Elvin Məmmədova olmayan penaltiyə görə “topu kənara vur” deyən Qurban Qurbanova digər azarkeşlər “əgər hesabda geri olsaydı” etməzdi deyirdi. Əslində Qurbanovun insanlığına görə bunu qəbul etmirdim.

Dünən “Qəbələ” ilə matçda bir epizoda diqqət yetirdim. Oyunun sonlarına yaxın idi Rauf Əliyev yerdə qalmışdı. “Qəbələ”nin futbolçuları topu meydanda çıxardılar. Rauf ayağa qalxdı və Gerye topu Riçard Almeydaya ötürdü.  Braziliyalı fair-play-ə əməl etməyərək topu qaytarmadı, əksinə Bədaviyə hücuma yenidən başlamaq üçün ötürmə etdi. Bədavi isə fair-play-ə tüpürmədi topu rəqibə qaytardı. Həmin zaman Qurban Qurbanovun reaksiyası: topu niyə rəqibə qaytarırsan, hücuma başla, qaytarma. Hətta Bədaviyə qışqırdıqdan sonra başıı da tutdu. Deməli məğlub olduğu zaman onun üçün də fair-play heç nədir.  Dediyin kimi Qurban Qurbanov, məğlubiyyəti bacarmaq lazımdır.

Qurbanovun dediyi futbolçularına da aiddir: oyundan sonakı tərbiyəsizlik, rəqibin sevinməsini həzm etməmək isə ayıbdır. Miçelin matç başa çatan kimi Stankoviçin sevinməsinə qıcıq olaraq ona hücum çəkməsinə nə ad vermək olar?

Almeydanın da ona qoşulub qalmaqal yaratması, məğlubiyyəti həzm edə bilməməsi çox çirkin mənzərə idi. Qurbanovun dediyi kimi məğlubiyyəti bacarmaq lazımdır. Hər halda “Qarabağ”ın məğlub olduqları oyunlarda bu cür lazımsız aqressiyaları ilk dəfə deyil. Futbolçularda əslində bu hallara bəzən rast gəlinməsi normaldır.

Yəqin ki, bütün bunları matçdan sonra Rəşad Sadıqovun rəqib komandanın soyunubh-geyinmə otağına gedib Fariz Nəcəfovu və “Qəbələ” rəsmilərini təbrik etməsi “örtdü”.

Videoda Qurban Qurbanovun jestərinə diqqət edin.  Çox təəssüf ki, həmin anlar tam olaraq görüntülərdə yer almayıb:

Elsevər Məmmədov