Qurban Qurbanov millidə ilk qələbəsini darmadağınla qazandı

qurban-qurbanov-millide-ilk-qelebesini-darmadaginla-qazandi
Oxunma sayı: 4710

Milli komandamız bu gün yoldaşlıq görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi yığmamız Qırğızıstanı qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda millimiz rəqibini 3 cavabsız qolla məğlub edib. Bu, Qurbanovun millidə baş məşqçi kimi ilk qələbəsi olub.

Qeyd edək ki, millimiz Qurban Qurbanovun rəhbərliyi altında bundan öncə 3 yoxlama oyunu keçirib. Moldova və Makedoniya ilə heç-heçə edən komandamız Belarusa məğlub olub.

Azərbaycan - Qırğızıstan - 3- 0

Qol: Maksim Medvedyev, 16, Mahir Mədətov, 74, Ürfan Abbasov, 84