Qurban Qurbanov Nurlan İbrahimovdan danışdı

qurban-qurbanov-nurlan-ibrahimovdan-danisdi
Oxunma sayı: 1899

“Heyfislənirəm ki, Nurlan İbrahimov haqqında sərt qərar verildi. Onun klubdan gedişinə üzüldüm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

O bildirib ki, Nurlan daima “Qarabağ”ın üzvü olacaq: “Biz daim onun yanındayıq. Amma nə edək ki, biz bu qurumun bayrağı altında çıxış edirik. Biz daima ehtiyatlı olmalıyıq. Nurlan bizim üçün dəyərlidir”.

Elsevər Məmmədov