Qurban Qurbanov özbaşınalıq edən legioneri 5 min manat cərimələdi

qurban-qurbanov-ozbasinaliq-eden-legioneri-5-min-manat-cerimeledi
Oxunma sayı: 1492

Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ"da maraqlı hadisə baş verib.

“Qafqazinfo” supersport.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov Çumbinyonu cəzalandırıb.

Buna səbəb braziliyalı yarımmüdafiəçinin komandanın düşərgəsinə gec qoşulmasıdır. Hər zaman nizam-intizama xüsusi diqqət yetirən baş məşqçi 30 yaşlı legioneri bağışlamayıb. Ona 5000 manat cərimə kəsib və ciddi xəbərdarlıq edib.