Qurban Qurbanov püşkdən danışdı - “Vaxtımız azdı”

qurban-qurbanov-puskden-danisdi
Oxunma sayı: 774

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuyla qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşk haqda öz fikirlərini bildirib: 

“5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidi. Vaxtımız azdı. İstənilən halda şansımız var və bu şansdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.